M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2025/2026-cı tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu elektron qaydada 13 iyun saat 10:00-dan 14 iyul saat 12:00-dək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.
Ətraflı məlumat üçün əlaqə vasitələri:
E-mail: [email protected]
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)