Azedu.az

9 illik səviyyədə abituriyentlərin qeydiyyatı davam edir

Dövlət İmtahan Mərkəzi (DİM)

11 İyun 2025, 09:58
9 illik səviyyədə abituriyentlərin qeydiyyatı davam edir

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı davam edir.

Abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

AzEdu.az xəbər verir ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 13-dək davam edəcək.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında elanın tam mətni

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox