Azedu.az

İmtahandan uzaqlaşdırılan abituriyentlərin taleyi necə olacaq? - DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

4 İyun 2025, 15:13
İmtahandan uzaqlaşdırılan abituriyentlərin taleyi necə olacaq? - DİM

Ali məktəbə qəbul imtahanlarında bəzi abituriyentlər qaydaları pozduqları üçün zaldan kənarlaşdırılır, bəziləri isə imtahana başlamadan əvvəl üzərində əlavə vasitələr aşkarlandığı üçün iştirak hüququndan məhrum edilirlər.

 

Bəs belə hallarda həmin şəxslərin yalnız cari il üçün nəticələri ləğv olunur, yoxsa gələcəkdə də imtahan vermək hüququ itirilir?

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a bildirib ki, belə abituriyentlərə qarşı növbəti illər üçün hər hansı hüquqi məhdudiyyət tətbiq olunmur.


“Qayda pozuntusuna yol verən və imtahandan kənarlaşdırılan şəxslərin növbəti illərdə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirakına hər hansı məhdudiyyət qoyulmur”.

 

X.Xanlarzadənin sözlərinə görə, bu cür abituriyentlərin yalnız cari ildəki nəticələri ləğv edilir və onlar həmin ilin qəbul müsabiqəsində iştirak edə bilmirlər:


“Bu il keçirilən imtahanların hər hansı bir mərhələsində (cəhdində) qayda pozuntusuna yol verən və xaric olunanların ümumilikdə nəticələri ləğv olunur və onlar cari ildə keçirilən müsabiqədə iştirak edə bilmirlər",- deyə DİM rəsmisi vurğulayıb.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox