Azedu.az

Magistraturaya ixtisas seçimi nə vaxtdır? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM)

Magistratura

3 İyun 2025, 11:15
Magistraturaya ixtisas seçimi nə vaxtdır? - RƏSMİ

 Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral (I cəhd),11 may isə (II cəhd) qəbul imtahanı keçirilib.

 

İmtahan mərhələsini başa vurmuş bakalavrlar üçün növbəti mərhələ ali təhsil müəssisələrinə ixtisas seçimi olacaq. 

 

Bəs görəsən, magistraturaya ixtisas seçimi nə zaman açıqlana bilər?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı DİM-ə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib ki, magistraturaya ixtisaslaşma seçimi günləri dəqiqləşəndən sonra məlumat veriləcək:

 

"Adətən iyunun sonu iyulun əvvəllərinə təsadüf edir",- deyə DİM-dən məlumat verilib. 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox