Azedu.az

Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim

Dövlət İmtahan Mərkəzi (DİM)

2 İyun 2025, 16:05
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, 2 iyun 2025-ci il tarixindən başlayan təlimlər 4 iyun 2025-ci il tarixinədək Oğuz, Qəbələ və Ağdaş rayonlarında təşkil olunacaq.

Bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox