Azedu.az

DİM bu şəxslərə təlim keçir

Dövlət İmtahan Mərkəzi (DİM)

22 May 2025, 09:26
DİM bu şəxslərə təlim keçir

Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən 15, 19 və 21 may  2025-ci il tarixlərində  musiqi  sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlimlər keçirilib.

AzEdu.az xəbər verir ki, təlimlərdə qabiliyyət imtahanlarının xüsusiyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Təlimlər zamanı zal nəzarətçilərinin imtahan müddətində məsuliyyətləri və öhdəlikləri vurğulanıb.  Həmçinin xüsusi tapşırıqlar əsasında imtahanda baş verə biləcək hallarla bağlı fikir mübadiləsi aparılıb, 2025/2026-cı tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan yeniliklər barədə nəzarətçilərə ətraflı məlumat verilib.

Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox