Azedu.az

Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub

16 May 2025, 16:25
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlər 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ikinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox