Azedu.az

Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

8 May 2025, 10:32
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növü üzrə 15 may 2025-ci il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

AzEdu.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Son Dəqiqə: Hindistan Pakistana hücuma keçdi
Son xəbərlərDaha çox