Azedu.az

Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

8 May 2025, 10:17
Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 11-də Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirəcək.

İmtahan kompüter vasitəsilə elektron qaydada Naxçıvan şəhəri, 4 saylı tam orta məktəbdə keçiriləcək. İmtahanda 13 nəfərin iştirakı nəzərdə tutulur.

AzEdu.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və imtahanın təşkilinə nəzarət Mərkəzdən həyata keçiriləcək. Namizədlər imtahanı bitirdikdən sonra nəticələri haqqında məlumatla tanış ola biləcəklər.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına ən az 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.

Pakistanla Hindistan arasından dəhşətli dö*yüş başladı
Son xəbərlərDaha çox