Azedu.az

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

7 May 2025, 15:23
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

2025-ci il mayın 7-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 10 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 31 may 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

Son Dəqiqə: Hindistan Pakistana hücuma keçdi
Son xəbərlərDaha çox