İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə şəxsi kabinetə giriş zamanı tətbiq edilən parol standartları yenilənib. Hazırda şəxsi kabinetinizə daxil olarkən təyin etdiyiniz parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edir.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, kabinetə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz.
Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır.Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.