6 və 7 aprel tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:
- 6 aprel 2025-ci il tarixdə dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş şəxslər;
- 6 aprel 2025-ci il tarixdə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər;
- 7 aprel 2025-ci il tarixdə aqrar sığorta fəaliyyəti üzrə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.