Azedu.az

2024-cü il üzrə şagirdlərin buraxılış və qəbul imtahanlarındakı GÖSTƏRİCİLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM)

5 May 2025, 10:11
2024-cü il üzrə şagirdlərin buraxılış və qəbul imtahanlarındakı GÖSTƏRİCİLƏRİ

Respublika üzrə bütün məktəblərin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar hazırlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirlib ki, bu materiallar 2024-cü ildə keçirilən buraxılış imtahanlarının və ötənilki tələbə qəbulunun nəticələrinə dair elmi-statistik təhlilin bir hissəsidir. Burada hər bir rayon (şəhər) üzrə  məzunların imtahan fənləri üzrə orta göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil müəssisələrinə qəbul olunanların sayı, rayonun (şəhərin) hər bir məktəbini təmsil edən ortastatistik abituriyentin nəticələri və qəbulolma göstəriciləri təqdim edilib.

Kitabçalar artıq “PDF” fayl formatında bütün regional təhsil idarələrinə, həmçinin rayon (şəhər) təhsil sektorlarına göndərilib.

Qeyd edək ki, bu məlumatların təhlili, əldə olan materialların pedaqoji ictimaiyyətə çatdırılması qabaqcıl təcrübənin yayılması və təhsilin inkişafı ilə bağlı strateji qərarların qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, hər il qəbul imtahanlarının nəticələrinə əsasən, ölkədə məktəb təhsilinin vəziyyətinin elmi-statistik təhlili aparılır və araşdırmanın nəticələri təhsil ictimaiyyətinə çatdırılır.

Nümunə üçün Bakı şəhərinin 2024-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Bundan əlavə, hər bir məktəbin göstəriciləri mekteb.edu.az saytına da yerləşdirilib. Dövlət İmtahan Mərkəzinin ictimaiyyət üçün faydalı resurslarından biri olan bu saytda siz 1995-ci ildən etibarən respublikamızın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında, 2012-ci ildən etibarən isə buraxılış imtahanlarında öz məktəbinizin məzunlarının göstərdiyi nəticələr haqqında ətraflı məlumat ala bilərsiniz. Bu məlumatlarla tanış olduqdan sonra öz məktəbinizin nəticələrini respublikanın digər məktəbləri ilə müqayisə də edə bilərsiniz.

Havada toqquşma - İsr@il və Türkiyə qırıcıları qarşı-qarşıya gəlib
Son xəbərlərDaha çox