Azedu.az

İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

4 May 2025, 13:05
İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox