Azedu.az

I ixtisas qrupu ilə bağlı DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM)

2 May 2025, 16:51
I ixtisas qrupu ilə bağlı DİM-dən AÇIQLAMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlərin nəzərinə çatdırırıq ki, burada əsas dəyişiklik Qaydaların 1.2. 2.3-2. bəndinə əsasən, iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır. Lakin bir daha diqqətinizə çatdırırıq ki,  həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.

Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:

I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

- Riyaziyyat və fizika müəllimliyi;

- Xüsusi rabitə vasitələri mühəndisliyi;

- Kənd təsərrüfatı texnologiyaları;

- Qida texnologiyaları;

- Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

- Data analitikası;

- Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

- Xüsusi pedaqogika;

- Kommunikasiya və rəqəmsal media;

- Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə:

- Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə:

- Adaptiv bədən tərbiyəsi;

- Kütləvi sağlamlaşdırıcı idman;

- Ümumi fiziki hazırlıq.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklərin tam mətni ilə buradan tanış ola biərsiniz.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox