Azedu.az

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Aprel 2025, 15:19
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

İmtahan 2025-ci il mayın 3-də Dövlət İmtahan Mərkəzinin Bakıda yerləşən hər iki inzibati binasında təşkil olunacaq.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.

İmtahanın keçirildiyi ünvanlar:

Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.  Buraxılış vərəqəsi – “Admission Ticket”;

3.  “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, 3 may SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.

Faydalı keçidlər:

2025-ci ildə növbəti SAT imtahanlarının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

7 iyun

23 avqust

13 sentyabr

4 oktyabr

8 noyabr

6 dekabr

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox