Azedu.az

Eyni anda Rİ və RK altqruplarını seçmək niyə ləğv edildi? - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM)

25 Aprel 2025, 12:03
Eyni anda Rİ və RK altqruplarını seçmək niyə ləğv edildi? - DİM-dən AÇIQLAMA

Bu ildən etibarən I ixtisas qrupu üzrə hər imtahan cəhdində abituriyentlər Rİ və RK altqruplarının yalnız birini seçə biləcəklər. Ancaq əvvəlki illərdə onlar hər cəhddə iki altqrupu da seçə bilirdilər.

 

Abituriyentləri maraqlandıran məqam isə budur: Dövlət İmtahan Mərkəzi (DİM) niyə belə bir addım atıb?

 

AzEdu.az bu suala cavab tapmaq üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladı.

 

DİM-dən bildirildi ki, “əvvəlki illərin təcrübəsi göstərir ki, I ixtisas qrupu üzrə imtahan vermək istəyən abituriyentlərin əksəriyyəti eyni imtahan sessiyasında hər iki altqrupu seçirdilər. Buna baxmayaraq iki altqrupu seçməklə informatika fənni üzrə əlavə imtahan verən abituriyentlərin əksəriyyəti ixtisas seçimi zamanı yalnız Rİ altqrupuna daxil olan ixtisasları seçirdilər. Halbuki yalnız Rİ (və ya RK) altqrupuna daxil olan ixtisasları seçmək istəyənlər ərizələrində Rİ altqrupunu qeyd etməklə birbaşa riyaziyyat, fizika və informatika fənni üzrə imtahan verə bilərlər. RK-nı da seçib informatika fənni üzrə əlavə imtahan verməyə ehtiyac yoxdur.

 

Bu qayda həmçinin informatika fənni üzrə əlavə imtahanda iştirak edənlərin sayının çox olmasına da səbəb olurdu. Bu ilin imtahan qrafiki kifayət qədər sıxdır və informatika fənni üzrə əlavə imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Lakin bir daha diqqətinizə çatdırırıq ki,  həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə ümumi müsabiqə şərtlərini ödədikləri halda hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər. Hər iki altqrupa kifayət qədər ixtisaslar daxildir”.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox