Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 27 aprel tarixində peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 386 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək.
Namizədlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır.
İmtahanın idarə olunması üçün 4 imtahan rəhbəri, 23 zal nəzarətçisi və 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.