Azedu.az

DİM “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM)

3 Aprel 2025, 14:33
DİM “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 2-ci nömrəsini nəşr edib.

AzEdu.az xəbər verir ki, bu nömrədə 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox