Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları davam edir. DİM-dən AzEdu.az-a bildirilib ki, kurslarda iştirakçılar tərəfindən hazırlanmış referatların müzakirəsi aparılır. Bir neçə dərsdən sonra kurs iştirakçıları kalibrləmə prosesindən keçəcəklər.