Səriştə və peşəkar potensialın qiymətləndirməsi şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan olunub.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Struktur bölmə: Səriştə və peşəkar potensialın qiymətləndirməsi şöbəsi
Struktur vahid: Ümumi səriştələrin qiymətləndirməsi sektoru
Vəzifənin adı: böyük məsləhətçi
Qulluq funksiyaları:
- Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək
- Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq
- Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq
- Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək
- Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək
- Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq
- Səriştə əsaslı müsahibələri keçirmək
- İngilis dilindən mətnləri tərcümə etmək
- Yeni fəaliyyətə başlayan və ya aşağı vəzifədə çalışan əməkdaşlara mentorluq etmək
- Aktual mövzular üzrə seminarların məzmununu hazırlamaq və prosesi təşkil etmək
- Layihələrə koordinatorluq etmək
Təhsilə dair tələblər: menecment, psixologiya, sosiologiya ixtisasları üzrə ali təhsil
İş stajına dair tələbi: Sahə üzrə ən az 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2
Xüsusi tələb: Məlumatların effektiv emalı, qərar vermə bacarığı, nəticəyönümlülük, komandada işləmək bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni [email protected] elektron poçt ünvanına mövzu bölməsində “Ümumi səriştələrin qiymətləndirməsi sektorunda böyük məsləhətçi” qeyd etməklə 11 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Qeyd edək ki, kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.