Azedu.az

DİM-də müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Mart 2025, 11:45
DİM-də müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib

Dövlət İmtahan Mərkəzinin İnsan resurslarının idarə edilməsi şöbəsində baş məsləhətçi, Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsində böyük məsləhətçi – satınalmaların təşkili üzrə, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə baş mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edilib.

AzEdu.az xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə  [email protected] elektron poçt ünvanına  göndərə bilərlər. İddiaçılar baş mütəxəssis və baş məsləhətçi vəzifələri üzrə 15 mart 2025-ci il tarixinədək, böyük məsləhətçi (satınalmaların təşkili üzrə) vəzifəsi üzrə isə 13 mart 2025-ci il tarixinədək müraciət edə bilərlər.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox