Azedu.az

DİM könüllüləri imtahanların təşkili və idarəedilməsi prosesinə cəlb edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Fevral 2025, 10:56
DİM könüllüləri imtahanların təşkili və idarəedilməsi prosesinə cəlb edilir

Dövlət İmtahan Mərkəzində hazırda könüllü fəaliyyəti ilə məşğul olmaq üçün layihə həyata keçirilir. Burada məqsəd gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.

DİM-dən AzEdu.az-a bildirilib ki, müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə və öz istəklərinə uyğun müxtəlif proseslərə cəlb edilirlər. Bu istiqamətlərdən biri də imtahanların təşkili və idarə edilməsi prosesidir.

Bu məqsədlə 26 – 27 fevral 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində könüllülərə “İmtahan binasında imtahanların təşkili və idarəedilməsi” mövzusunda təlim keçirilib. Təlimlərdə 131 nəfər könüllü iştirak edib.

Təlim zamanı könüllülərə imtahan binasında imtahan prosesinin təşkili və idarəedilməsinə məsul şəxslərin vəzifələri, imtahanların texnologiyası və proseduru, imtahan iştirakçılarının davranış qaydaları, o cümlədən prosesdə könüllülərin rolu izah edilib. Bundan əlavə, qeyd olunan məsələlərlə bağlı imtahanın bütün mərhələlərini əks etdirən təqdimat nümayiş etdirilib. Təlimlər interaktiv formatda keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox