Fevralın 20-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, indiyədək 77 mindən çox abituriyent qeydiyyatdan keçib.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin 68 minə yaxın Azərbaycan bölməsi üzrə, 8 minə yaxın rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75 mindən çox).
11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 67 mindən çoxdur.
Elektron sənədlərin qəbulu 1 həftə sonra, martın 5-də başa çatır. Ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.