Azedu.az

DİM:TOEFL iBT imtahanında 14 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Fevral 2025, 09:19
DİM:TOEFL iBT imtahanında 14 nəfər iştirak edib

2025-ci il fevralın 22-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 14 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 1 mart 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox