Azedu.az

DİM-də baş mütəxəssis vəzifəsi üzrə vakansiya var

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Fevral 2025, 14:25
DİM-də baş mütəxəssis vəzifəsi üzrə vakansiya var

Dövlət İmtahan Mərkəzinin test bankı şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunub.

Bu barədə DİM-dən AzEdu.az-a bildirilib.

Struktur bölmə: Test bankı şöbəsi

Struktur vahid: İmtahan materiallarının hazırlanması sektoru

Vəzifənin adı: Baş mütəxəssis

Qulluq funksiyaları:

  • Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
  • İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması;
  • Test bankının məxfiliyinin təmin edilməsi;
  • Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
  • Test tapşırıqlarının qeydiyyatının aparılması; 
  • Test tapşırıqlarının ekspertizaya hazırlanması;
  • Ekspertiza zallarında nəzarətin həyata keçirilməsi;
  • Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
  • Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
  • Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
  • DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).

Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil

İş stajına dair tələbi:  Tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – A2, Rus dili – A2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “İmtahan materiallarının hazırlanması sektorunda baş mütəxəssis” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 5 mart  2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox