Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.
Belə ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.
Bəs, görəsən, nəticələr nə zaman açıqlanacaq?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.
DİM-dən bildirilib ki, bu gün dən etibarən imtahan materiallarının emalına başlanılacaq:
"İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq",- deyə qeyd edilib.