Azedu.az

Dövlət İmtahan Mərkəzi TKT imtahanını keçirib

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Fevral 2025, 10:13
Dövlət İmtahan Mərkəzi TKT imtahanını keçirib

İmtahan 15 fevral 2025-ci il tarixində DİM-in Süleyman Sani Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda təşkil olunub.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 42 nəfər iştirak edib.

Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:

• TKT Module 1

• TKT Module 2

• TKT Module 3

• TKT Module YL

Növbəti TKT imtahanı 19 aprel 2025-ci ildə baş tutacaq. Son qeydiyyat tarixi isə 5 mart 2025-ci ildir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. 

Əlavə məlumat üçün [email protected]   elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox