Azedu.az

DİM fevralda bu imtahanları KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Fevral 2025, 09:19
DİM fevralda bu imtahanları KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək imtahanların siyahısı açıqlanıb.

 

AzEdu.az Təhsil Portalı fevral ayında keçiriləcək imtahanlar və imtahana qeydiyyat tarixlərini təqdim edir.

 

Fevralın 13-də taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı keçiriləcək.

 

Fevralın 16-da keçiriləcək imtahanlar:

 

BB vəzifə altqrupu üzrə test imtahanı;

 

Magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi;

 

Doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil imtahanı;

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək.

 

Fevralın 17-də doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

 

Fevralın 19-da xarici dil imtahanı (doktorantura, danışıq bloku) keçiriləcək.

 

Fevralın 20-dən etibarən:

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat;

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı;

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı başlayacaq.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox