Azedu.az

“Magistr” jurnalının 2-ci sayı dərc edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

13 Yanvar 2025, 15:28
“Magistr” jurnalının 2-ci sayı dərc edilib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, müsabiqə şərtləri, magistraturaya ərizə verən bakalavrlar üçün təlimat, magistratura səviyyəsinə qəbula hazırlaşanlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib. 

AzEdu.az-a DİM-dən bildirilib ki, jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə  dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmişdir. Hər bir fənn üzrə jurnalda verilən QR kodu skan etməklə müvafiq audiofayla birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox