Azedu.az

“Layihələrin idarə edilməsi” mövzusunda təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Yanvar 2025, 15:14
“Layihələrin idarə edilməsi” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 9-10 yanvar 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalı inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Layihələrin idarə olunması” mövzusunda təlim təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Təlim zamanı iştirakçılar layihə anlayışı, layihələrin idarə olunmasında prioritetləşdirmənin önəmi, çevik və hibrid layihələr, eləcə də layihələrdə nəzarət sahələri kimi mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər. Təlim müddətində iştirakçılar müxtəlif ikili və qrup müzakirələrinə cəlb olunublar.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox