Dövlət İmtahan Mərkəzi tərəfindən 19 yanvar 2025-ci il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün elektron formada sınaq imtahanı keçiriləcək.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 6 yanvar saat 23:59-dək aşağıda verilən link vasitəsilə qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
//eservices.dim.gov.az/SINAQmag
Qeyd edək ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.