Azedu.az

Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub

21 Dekabr 2024, 15:49
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Dekabrın 23-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox