Azedu.az

DİM taksi sürücüləri üçün imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Dekabr 2024, 16:42
DİM taksi sürücüləri üçün imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib,1268 namizəd uğur qazanıb.

AzEdu.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1542 namizəd qeydiyyatdan keçib. Onlardan 1451 namizəd imtahana gəlib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Bildirilib ki, nəticələr sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox