Azedu.az

DİM-də könüllülər layihəsinə qeydiyyat başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Dekabr 2024, 12:23
DİM-də könüllülər layihəsinə qeydiyyat başa çatıb

Dövlət İmtahan Mərkəzinin könüllülər layihəsinə qeydiyyat prosesi sona çatıb. Sevindirici haldır ki, gənclər layihəyə böyük maraq göstəriblər və dörd mindən artıq şəxs qeydiyyatdan keçib. Fürsətdən istifadə edib DİM könüllüsü olmaq istəyən hər bir gəncə təşəkkür edirik!

DİM-dən AzEdu.az -a bildirilib ki, namizədlərin nəzərinə çatdırırıq ki, növbəti mərhələnin icrasına 2025-ci ilin yanvar ayının əvvəllərindən etibarən start veriləcək. Bu mərhələ onlayn qaydada təşkil olunacaq və iştirakçılar öz kompüterləri vasitəsilə onlara uyğun olan məkandan prosesə qoşulacaqlar. Onlayn test mərhələsində namizədlər arasından seçim etmək üçün xüsusi testlər vasitəsilə onların bilik, bacarıq və vərdişləri qiymətləndiriləcək.

Daha sonra seçim prosesindən uğurla keçən namizədlər hissə-hissə müsahibəyə dəvət olunacaqlar.

Hər bir mərhələ haqqında ətraflı məlumat Mərkəzin saytı və sosial şəbəkə hesabları vasitəsilə təqdim olunacaq.

Xatırladaq ki, DİM-in könüllülər layihəsinin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox