Azedu.az

“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Dekabr 2024, 12:41
“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox