Azedu.az

DİM-in aparat rəhbəri COP29 çərçivəsində keçirilən tədbirdə iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Noyabr 2024, 09:07
DİM-in aparat rəhbəri COP29 çərçivəsində keçirilən tədbirdə iştirak edib

18 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində İnsan inkişafı, Uşaq və gənclər, Sağlamlıq və Təhsil tematik Günü ilə əlaqədar mühüm tədbirlər keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirlərdə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov da iştirak edib.

Tədbir çərçivəsində “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlığı” və “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında yüksək səviyyəli panel müzakirələr təşkil olunub.

Sözügedən tədbirlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub və qlobal miqyasda yaşıl təhsil və iqlim savadlılığının artırılması istiqamətində mühüm müzakirələr aparılıb.

İclaslar zamanı iştirakçılar, o cümlədən müxtəlif ölkələrdən gəlmiş nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər arasında yaşıl təhsilin tədris proqramlarına inteqrasiyası, müəllim hazırlığı və cəmiyyətin maarifləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox