Azedu.az

Test imtahanı verən namizədlərdən 24-ü müsahibəyə buraxılıb

19 Noyabr 2018, 09:15
Test imtahanı verən namizədlərdən 24-ü müsahibəyə buraxılıb

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün noyabrın 17-də test imtahanı keçirib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.

İmtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün 75 namizəd qeydiyyatdan keçib. Bir namizəd isə imtahana gəlməyib. Namizədlərdən 24-ü müsabiqə şərtini ödəyib. Onlar 55 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıblar. Ən yüksək nəticə 68,5 bal olub.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox