Azedu.az

Dövlət İmtahan Mərkəzi “20 variant sınaq imtahanı” kitablarını çapa hazırlayıb

Dövlət İmtahan Mərkəzi (DİM)

1 Noyabr 2024, 15:20
Dövlət İmtahan Mərkəzi “20 variant sınaq imtahanı” kitablarını çapa hazırlayıb

Buraxılış və qəbul imtahanlarına hazırlaşanlar bu nəşrlərdən istifadə edərək həm ayrı-ayrı mövzular, həm də bütövlükdə fənn üzrə öz hazırlıq səviy­yələrini yoxlaya biləcəklər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, hər bir kitabda müvafiq olaraq bura­xılış və ali təhsil müəssisələrinə qəbul imtahan­larının proq­ramları üzrə 20 sınaq imtahanı variantı (proqramın ayrı-ayrı möv­zu­ları üzrə 10, bütöv proqram üzrə ümumiləşdirici 10 variant) təqdim edilir.

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları fənləri üzrə hazırlanmış kitablar yaxın günlərdə satışa veriləcək.  İxtisas qruplarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul imtahanları fənləri üzrə hazırlanan kitabların isə dekabr ayı ərzində nəşr edilməsi nəzərdə tutulur.

Kitabları www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkün olacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox