“Gələnilki imtahanlarda əlavə dəyişiklik olmayacaq”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, imtahanlarla bağlı proqram sentyabr ayında ictimaiyyətə açıqlanıb:
"Builki yeniliklər yalnız IX sinif buraxılış imtahanında ingilis dili fənnində olacaq. Həmin yeniliklərlə bağlı saytımızdan ətraflı məlumat əldə edə bilərsiniz”.