Azedu.az

“Biznes analizin dövlət qulluğunda tətbiqi” mövzusunda təlim təşkil edilib

28 Oktyabr 2024, 16:46
“Biznes analizin dövlət qulluğunda tətbiqi” mövzusunda təlim təşkil edilib

28 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Biznes analizin dövlət qulluğunda tətbiqi” mövzusunda Gənclər və İdman Nazirliyinin  əməkdaşları üçün təlim təşkil edilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Təlim zamanı iştirakçılara biznes analiz anlayışı, layihələrin idarə olunması və biznes analiz sahəsində əlaqələndirmə, tələblərin idarə edilməsi, persona anlayışı, eləcə də digər analiz metodları barədə nəzəri və tətbiqi məsələlər təqdim edilib. Eyni zamanda, təlim ərzində iştirakçıların nəzəri biliklərinin möhkəmləndirilməsi məqsədilə bir neçə şifahi və qrup müzakirələri aparılıb. Təlimin sonunda təlim iştirakçılarının sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox