Azedu.az

Dövlət qulluğuna növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Oktyabr 2024, 14:53
Dövlət qulluğuna növbəti imtahan keçiriləcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 3 noyabr 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Noyabrın 3-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə keçiriləcək. 

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox