Azedu.az

DİM-də növbəti təlim...

18 Oktyabr 2024, 09:55
DİM-də növbəti təlim...

17 oktyabr 2024-cü ilin tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara etik davranış qaydaları barədə, eləcə də korrupsiyaya qarşı mübarizə üsulları və ixtisaslaşmış orqanlar barədə məlumatlar verilmiş, qaydalarla bağlı praktiki müzakirələr təşkil olunub. Təlim ərzində mövzu barədə geniş fikir mübadiləsi aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox