Azedu.az

PMS imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Oktyabr 2024, 11:26
PMS imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 oktyabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1462 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

-  şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

-  imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının Yaddaş kitabçası”da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17  buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox