Azedu.az

“Young Learners” imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Oktyabr 2024, 10:02
“Young Learners” imtahanına qeydiyyat davam edir

İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahan 23 noyabr 2024-cü il tarixində baş tutacaq. Son qeydiyyat tarixi 9 oktyabr 2024-cü ildir.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox