Azedu.az

Bu gün 1500-dən çox namizəd PMS imtahanı verəcək 

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Sentyabr 2024, 08:53
Bu gün 1500-dən çox namizəd PMS imtahanı verəcək 

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan vermək üçün 1513 (KOSS - 318, MHBS - 554, İSMUBS - 641) nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133 nəzarətçi cəlb olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox