Azedu.az

DİM-də vakansiya elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Sentyabr 2024, 10:59
DİM-də vakansiya elan edilib

Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə) vəzifəsi üzrə vakansiya elan olunub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Struktur bölmənin (struktur vahidin) adı: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektoru

 

Vəzifənin adı: Məsləhətçi (analıq məzuniyyətində olan işçinin yerinə)

 

Qulluq funksiyaları:     

 

• Situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlamaq, digər əməkdaşların hazırladıqları test tapşırıqlarının ekspertizasında iştirak etmək

 

• Qiymətləndirmə mərkəzi metoduna daxil olan müxtəlif qiymətləndirmə alətləri (rol oyunları, qərarvermə testləri, simulyasiya tapşırıqları və s.) hazırlamaq

 

• Ümumi səriştələrin ölçülməsi üzrə alətlərin hazırlanması üçün dövlət qulluqçuları ilə müsahibələr keçirmək, real iş situasiyalarından ibarət məlumat bazası yaratmaq

 

• Ümumi səriştələr və digər mövzular üzrə dövlət qulluqçularına təlimlər keçmək

 

• Müxtəlif qiymətləndirmə alətlərinin hazırlanması üzrə təşkilatdan kənar test müəllifləri ilə əməkdaşlıq etmək, onların hazırladıqları alətlərin ekspertizasında iştirak etmək

 

• Ümumi səriştələrin qiymətləndirilməsi üzrə elektron imtahanların proqram təminatı üçün texniki tapşırıqlar hazırlamaq

 

• Səriştə əsaslı müsahibələri keçirmək

 

• İngilis dilindən mətnləri tərcümə etmək

Vəzifənin tutulma şərtləri:      

 

Təhsilə dair tələblər:    psixologiya, menecment, insan resurslarının idarə edilməsi

 

İş stajına dair tələblər:   –

 

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office

 

Xarici dil biliklərinə dair tələblər: İngilis dili  B2

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 oktyabr 2024-cü il tarixinədək  göndərə bilərlər.

 

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

TƏCİLİ! Netanyahudan şok açıqlama - Xamenei MƏHV EDİLƏCƏK!
Son xəbərlərDaha çox