Azedu.az

DİM-də vakansiya var

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Sentyabr 2024, 14:40
DİM-də vakansiya var

DİM-in İnsan resurslarının idarə edilməsi şöbəsində şöbə müdiri vəzifəsi üzrə vakansiya elan olunub.

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Struktur bölmənin (struktur vahidin) adı: İnsan resurslarının idarə edilməsi şöbəsi

Vəzifənin adı: Şöbə müdiri

Qulluq funksiyaları:

  • Kadr təminatının proqnozlaşdırılması, insan resurslarının idarə edilməsi üzrə işlərin təşkili, həyata keçirilməsini təmin edir;

 

  • Vakant vəzifələrin tutulması üçün qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsinə nəzarət edir;

 

  • Müvafiq vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramlarının layihələrinin hazırlanmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir;

 

  • Əməkdaşlar haqqında məlumatların, əmək müqaviləsi bildirişlərinin müvafiq informasiya sistemlərinə daxil edilməsinə və yenilənməsinə nəzarəti həyata keçirir;

 

  • Əməkdaşların xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsinə, əmək kitabçalarının doldurulmasına, onların qeydiyyatının aparılmasına və saxlanmasına nəzarəti təmin edir;

 

  • Əməkdaşların şəxsi işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasını təmin edir;

 

  • Mərkəzdə çalışan əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarətdən irəli gələn tapşırıqların yerinə yetirilməsini təmin edir;

 

  • İllik məzuniyyət qrafikinin hazırlanması, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət edilməsi, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görülməsinə nəzarət edir;

 

  • Əmək qanunvericiliyinin müvafiq müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasına rəhbərlik edir, əmək və icra intizamının pozulması hallarının rəsmiləşdirilməsini təmin edir;

 

  • Əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması üzrə struktur bölmələr arasında fəaliyyətin əlaqələndirməsini təmin edir, işlərin vəziyyətini təhlil edərək təkliflər hazırlanmasına nəzarət edir;

 

  • Əməkdaşların peşəkarlığının artırılması məqsədilə təlim ehtiyaclarının müəyyən edilməsini, təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsini təmin edir;

 

  • Ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir, bununla bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsinə nəzarət edir;

 

  • Mərkəzdə insan resurslarının idarə edilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir;

 

  • Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;

 

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə iştirak edir;

 

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə İdarə Heyətinin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;

 

  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;

 

  • Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

 

  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;

 

  • Tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;

 

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

 

  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.

 

Vəzifənin tutulma şərtləri:          

Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə ixtisasları qrupu; Hüquqşünaslıq; Dövlət və ictimai münasibətlər; Politologiya; Psixologiya; Sosiologiya; Filologiya (dil və ədəbiyyat göstərilməklə);

İş stajına dair tələblər: Vəzifənin fəaliyyət sahəsi üzrə azı 7 il iş stajı

Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)

Xarici dil biliklərinə dair tələblər: Rus dili B2  və  ingilis dili  B2;

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 2 oktyabr 2024-cü il tarixinədək  göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

TƏCİLİ! Netanyahudan şok açıqlama - Xamenei MƏHV EDİLƏCƏK!
Son xəbərlərDaha çox