Azedu.az

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Sentyabr 2024, 14:34
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə!

İnzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə 22 sentyabr 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

AzEdu.az xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə  daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

TƏCİLİ! Netanyahudan şok açıqlama - Xamenei MƏHV EDİLƏCƏK!
Son xəbərlərDaha çox