Azedu.az

Məleykə Abbaszadə Xızıda vətəndaşları qəbul edəcək  

Dövlət İmtahan Mərkəzi (DİM)

7 Noyabr 2018, 09:38
Məleykə Abbaszadə Xızıda vətəndaşları qəbul edəcək  

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Xızı rayonunda keçiriləcək qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən şəhər-rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul noyabrın 16-da, saat 11.00-da Xızı rayonu H.Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri(//eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün yuxarıda göstərilən rayonların Təhsil şöbələrində 7-15 noyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri və qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan – 17.00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox